Dərman pulunu ödəyə bilmədi, arvadını öldürdü
Bizi izləyin

Dünya

Dərman pulunu ödəyə bilmədi, arvadını öldürdü

ABŞ-ın Florida ştatında xəstə olan həyat yoldaşının dərmanları üçün pul tapa bilməyən kişi məsələyə birdəfəlik son qoymaq qərarına gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 86 yaşındakı Vilyam Hager 78 yaşlı arvadı Karolinanı yatdığı yerlə odlu silahla öldürüb.

Polis tərəfindən saxlanılan kişi bildirib ki, 15 ildir xəstə olan həyat yoldaşının dərmanlarına pul tapa bilmədiyindən onun daha çox ağrı çəkməsinə dözə bilməyib.

“Həyat yoldaşımı bir müddətdir ki, öldürməyi düşünürdüm. Onun özü də ölmək istəyirdi. Ancaq mənə açıq şəkildə “məni öldür” deməmişdi”, - Vilyam Hager deyib.

Qeyd edək ki, ölkə əhalisinin əksəriyyəti dərmanların yüksək qiymətlərindən şikayətlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm