Livanda 106 nəfər ölüm cəzasına məhkum edildi
Bizi izləyin

Dünya

Livanda 106 nəfər ölüm cəzasına məhkum edildi

Livanda əsgərləri qaçırmaqda və Suriya sərhədindəki Arsal qəsəbəsinə hücum təşkil etməkdə ittiham olunan 106 nəfər ölüm cəzasına məhkum edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölüm cəzası alanlar İŞİD və “Əl-Nüsra” Cəbhəsi qruplaşmalarının üzvləridir.

Onlardan 73-ü Suriya, 32-i Livan, biri isə Fələstin vətəndaşıdır. Beyrut məhkəməsindəki bir mənbə onlardan 77-nin həbsxanada olduğunu, digərlərinin axtarıldığını qeyd edib.

Qeyd edək ki, Arsal qəsəbəsində 2014-cü ildə Livan ordusu ilə terrorçu təşkilatlar arasında silahlı qarşıdurmalar baş verib. Qarşıdurmalarda 30 əsgər terrorçular tərəfindən qaçırılıb. Daha sonra mübadilə razılaşması ilə 16 əsgərə qarşılıq olaraq Livanda həbsxanada olan bəzi terrorçular sərbəst buraxılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm