Ekspert: “Obama minlərlə Bin Laden yaratdı”
Bizi izləyin

Dünya

Ekspert: “Obama minlərlə Bin Laden yaratdı”

ABŞ prezidenti Barak Obama administrasiyası tərəfindən həyata keçirilən Yaxın Şərq siyasəti “hərəkətsizlik” strategiyası üzərində qurulub.

Publika.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə Səudiyyə Ərəbistanı Şura Məclisinin keçmiş üzvü Məhəmməd Əl-Zulfe deyib.

Onun sözlərinə görə, bu strategiya Vaşinqtonun regional böhranlara aktiv müdaxiləsini gözləyən müttəfiqlərdə təəssüf doğurur: “Barak Obama dövründə ABŞ-ın Yaxın Şərq siyasəti Vaşinqtonun apardığı ən qəribə və ən pis siyasət idi. Obama Üsamə Bin Ladenin öldürülməsi ilə terrorla mübarizədə qələbə qazandığını zənn edir. Ancaq şübhə yoxdur ki, Obamanın qərarsızlığı bölgədə minlərlə Bin Ladeni doğurdu. İllərdir ki, bu siyasətin nəticəsi olaraq Yaxın Şərqdə xaos davam edir”.

Ərəb Siyasi və Strategiya Araşdırmaları Mərkəzinin sədr müavini Muxtar Gabbaşi də ABŞ-ın Yaxın Şərqdə indiyə qədər ən pis siyasətinin Obama dövründə həyata keçirildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm