FSB Rusiyada Paris ssenarisinin qarşısını aldı
Bizi izləyin

Dünya

FSB Rusiyada Paris ssenarisinin qarşısını aldı

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Qazaxıstanın xüsusi xidmət orqanları ilə birgə Rusiyanın böyük şəhərlərində terror aktlarını həyata keçirməyə hazırlaşan cinayətkar qrupu zərərsizləşdirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

“2016-cı ilin fevralında qazax həmkarlarımızla ilə birgə cinayətkar qrupun fəaliyyəti dayandırılıb. Qrupun üzvləri Rusiyanın böyük şəhərlərində Paris ssenarisi üzrə terror aktlarını həyata keçirməyi planlaşdırırdılar”, - Bortnikov deyib.

Onun sözlərinə görə, cinayətkar qrupun üzvləri daha sonra Rusiyanı tərk etməyi və ərəb ölkələrindən birinə yollanmağı planlaşdırırdılar.

Bundan başqa, Bortnikov bildirib ki, 2016-cı ilin martında qanunsuz miqrasiya kanalı ləğv edilib. FSB-nin direktoru qeyd edib ki, Əfqanıstan vətəndaşları Qazaxıstan və Rusiya vasitəsilə Finlandiyaya getmək istəyirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm