Toni Bleyer məhkəmə qarşısına çıxarıla bilər – FOTOLAR
Bizi izləyin

Dünya

Toni Bleyer məhkəmə qarşısına çıxarıla bilər – FOTOLAR

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer 2003-cü ilin İraq müharibəsinə görə məhkəmə qarşısına çıxarıla bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İngiltərənin İşçi Partiyasının lideri Ceremi Korbin bəyan edib.

O deyib ki, Toni Bleyer 2003-cü ildə baş nazir olduğu zaman İngiltərəni yalan vədlər verməklə İraq müharibəsinə cəlb edib. Onun sözlərinə görə, Toni Bleyer bu hərəkətinə görə ədalətli cəza almalıdır:

“Toni Bleyer xalqı aldadaraq söyləmişdir ki, guya Səddam Hüseyn sahib olduğu kimyəvi və bioloji silahları 45 dəqiqə ərzində hazır vəziyyətə gətirəcək. Bleyer xalqa bu cür yalan fikirlər söyləməklə, İngiltərəni İraq müharibəsinə qoşub. Ancaq İraqda müharibə bitəndən sonra məlum oldu ki, Səddam Hüseyn, ümumiyyətlə, nüvə silahına malik deyil. İraqda kütləvi qırğın silahı tapılmadı. Toni Bleyer sadəcə olaraq Corc Buşla gizli şəkildə razılaşıb, İraq müharibəsində iştirak etdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm