İstanbul derbisində terror törətmək istəyən İŞİD üzvü tutuldu – FOTO
Bizi izləyin

Dünya

İstanbul derbisində terror törətmək istəyən İŞİD üzvü tutuldu – FOTO

Ötən gün Türkiyənin Qaziantəp şəhərində üzərinə bomba bağlayaraq, özünü partladan zaman polis tərəfindən sağ olaraq ələ keçirilən terrorçunun bu yaxınlarda Qalatasaray-Fənərbaxça matçını təxirə saldıran İŞİD üzvü Əli Durmaz olduğu məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə xeyli vaxtı polislər tərəfindən axtarılan və başına 1,5 milyon lira pul qoyulan terrorçu Əli Durmaz Qaziantəp Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinə aparılıb.

Xatırladaq ki, bu ilin aprel ayında Qalatasaray-Fənərbaxça oyunu günü Türk Telekom Arenada terror hadisəsi ehtimalı ilə əlaqədar futbol matçı təxirə salınıb.

Həmin vaxtdan etibarən Türkiyə kəşfiyyatı terrorçu Əli Durmaz barəsində axtarış elan edib. Hətta, onun yerini bilib polisə xəbər verən şəxsə 1.5 milyon lira mükafat veriləcəyi təklif edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm