Hökumətin tərkibi açıqlandı: Ərdoğanın kürəkəninə yeni vəzifə - VİDEO
Bizi izləyin

Dünya

Hökumətin tərkibi açıqlandı: Ərdoğanın kürəkəninə yeni vəzifə - VİDEO

Xəbər verildiyi kimi, mayın 22-də Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayı keçiriləcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurultaydan sonra AKP-nin yeni sədri, nəqliyyat, rabitə, dənizçilik naziri Binali Yıldırıma hökumət qurma vəzifəsi verəcək.

“Əhməd bəy istefa verdikdən dərhal sonra yeni baş nazirə hökumət qurma vəzifəsi verəcəyəm. Yeni həftə başlamadan yeni kabineti görəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə mediası isə artıq yeni hökumətdəki dəyişikliklərlə bağlı bəzi versiyalar irəli sürüb. Ümumilikdə hökumətdə kardinal dəyişikliklər gözlənilmir. Dəyişikliklərin 25 faiz səviyyəsində olacağı, yəni 27 üzvlü kabinetdə təxminən 6-7 nazirin postunu itirəcəyi ehtimal edilir.

Məlumata görə, kulislərdə milli təhsil naziri Nabi Avcı ilə mədəniyyət və turizm naziri Mahir Ünalın yerlərini dəyişdirəcəyi danışılır.

Baş nazir köməkçiləri olan Numan Kurtulmuş ilə Tuğrul Türkeşin kabinetdəki yerini qoruyacağı bildirilir. Enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, (Ərdoğanın kürəkənidir – red.) ədliyyə naziri Bəkir Bozdağ və səhiyyə naziri Mehmet Müəzzinoğlunun da yeni hökumətdə baş nazir köməkçisi olaraq çalışacağı deyilir.

Avropa Birliyi naziri Volkan Bozkır, elm, sənaye və texnologiya naziri Fikri İşıq, qida və heyvandarlıq naziri Faruk Çelik, milli müdafiə naziri İsmət Yılmaz, meşə və su işləri naziri Veysəl Eroğlu, Maliyyə naziri Naci Ağbal, Gənclər və idman naziri Akif Çağatay Kılıç və əmək və sosial müdafiə nazir Süleyman Soylunun postlarında qalacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm