• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Putinin YENİ PLANI: Qorxunc gələcək

  • Dünya
  • 20 May 2016 13:52
  • 1 083 Baxış
Putinin YENİ PLANI: Qorxunc gələcək

Fransanın radikal sağçı “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen ölkə prezident seçiləcəyi halda Krımın Rusiya tərəfindən ilhaqını tanıyacaq.

Publika.az xəbər verir ki, siyasətçi bu haqda “RT France” kanalına müsahibəsində deyib.

“Belə bir imkanı aydın şəkildə görürəm. Tamamilə ehtimal ediləndir ki, mən Fransa prezident olanda Fransa Krımın Rusiyaya birləşdirilməsini tanıyacaq”, - deyə o bildirib.

Siyasətçi həmçinin əlavə etdi ki, “Milli Cəbhə” lap əvvəldən Qərbin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara qarşı çıxıb.

Qeyd edək ki, “Milli Cəbhə” mühafizəkar dəyərləri dəstəkləyir və miqrasiyaya qarşı çıxır. Fransada partiyanın reytinqi tədricən artır. Partiya Avropa Parlamentinə son seçkilərdə seçicilərin 25,4 faiz səsini toplayıb.

Marine Le Pen2016-cı ilin fevralında elan edib ki, 2017-ci il prezident seçkilərində iştirak edəcək. Bir sıra sorğuların nəticələrinə görə, o, hələ ki, əsas rəqibi - ən böyük müxalifət gücü olan Respublikaçılar Partiyasının nümayəndəsi Alen Jyuppedən geri qalır.

Bununla belə, avropalı siyasətçilər və ekspertlər “Milli Cəbhə”nin reytinqinin artması fonunda təhlükəli tendensiyanın inkişafından xəbər verirlər. Marine Le Pen hələ 2014-cü ilin sonunda bildirib ki, 2017-ci ildə prezident seçkilərində qələbə qazanacağı halda ölkənin Avropa Birliyindən çıxması haqqında referendumun keçirilməsinə çalışacaq.

“Milli Cəbhə" liderinin fikrincə, avropalı həmkarları ilə əvvəlcə qanunverici, iqtisadi və valyuta sahəsində müstəqilliyin Fransaya qaytarılması barədə müzakirələr aparacaq. “Əgər bu müzakirələr nəticə verməsə, Fransanın Avropa Birliyindən çıxması barədə referendumu keçirməkdə israrlı olacağam”, - deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, bu ilin 25 may tarixində Avropa Parlamentinə seçkilər keçirilib. Seçkilərin ən çox maraq doğuran nəticəsi isə Fransada ortaya çıxıb. “Milli Cəbhə” Avropa Parlamentinə 24 deputat göndərmək hüququ əldə etməklə Avropada şok effekti yaradıb. Hətta “Milli Cəbhə”nin qurucusu, Marine Le Penin atası Jean Marie Le Pen partiyanın qələbəsini “Bu bir zəlzələdir” sözləri ilə şərh edərək təhlükənin miqyasından xəbər verib.

“Milli Cəbhə”nin lideri Avropada ümumi iqtisadi və siyasi məkanın yaradılmasını təklif edir. Onun fikrincə, bu məkana Rusiya da daxildir. Yeri gəlmişkən, “Milli Cəbhə”nin Rusiya rəhbərliyi ilə yaxın münasibətlərinin olduğu bildirilir. 2014-cü ildə yayılan xəbərə görə, bu partiya Rusiya bankından 9 milyon avro kredit alıb. Xəbəri “Milli Cəbhə”nin xəzinədarı Vallerand de Saint Just də təsdiqləyib. Onun sözlərinə görə, Fransada 2017-ci il seçkilərində “Milli Cəbhə”yə 40 milyon avro lazımdır. Ancaq Fransa və Avropa Birliyi bankları kredit verməkdən imtina ediblər və “Milli Cəbhə” Moskvadakı Birinci Çex-Rusiya bankına müraciət edib.

Proqnozlara görə, Marine Le Pen seçkini qazanacağı halda Fransanı dramatik cədvəl gözləyir. “Le Figaro” qəzetinin xəbərinə görə, Fransa 2012-ci ildə 12 milyon immiqranta ev sahibliyi edib. Bu immiqrantların üçdə ikisi Avropa Birliyinin üzvü olmayan ölkələrdən gəlib. Fransaya ən çox miqrant göndərən ölkələr Əlcəzair, Mərakeş, Tunis və Türkiyədir. Marine Le Penin prezident seçkisini qazanacağı halda isə bunun qarşısının alınması üçün sərt addımlar atılacağı gözlənilir. Miqrantlarla bağlı atacağı sərt addımlar isə onu Almaniya ilə qarşı-qarşıya qoya bilər. Təsadüfi deyil ki, Merkel-Kameron qarşıdurması da məhz ikincinin Avropa Birliyinin miqrasiya qaydalarının sərtləşdirilməlisini tələb etməsi ilə başlayıb.

Nəticədə, qurumun əsas güclərindən olan Britaniya və Fransanın qurumdan çıxması ilk növbədə Moskvanın maraqlarına cavab verə bilər. Hər halda Avropanın vahid olmaması, Avropa Birliyinə üzv ölkələr arasında nifaqın yaranması Rusiyanın geosiyasi planlarına tam uyğundur. Rusiya bankının Avropa Birliyindən çıxmaq istəyən “Milli Cəbhə”nin prezident seçkisi kampaniyasını maliyyələşdirməsi də Moskvanın uzağa hesablanan planlarından xəbər verir. “Milli Cəbhə” liderinın təklif etdiyi Avropada ümumi iqtisadi və siyasi məkana Rusiyanı da daxil etmək istəyi Marine Le Pen və Putinin birgə düşünülmüş planının göstəricisi hesab edilir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>