Peskov: “Putinin İstanbula ona görə getmir ki...”
Bizi izləyin

Dünya

Peskov: “Putinin İstanbula ona görə getmir ki...”

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin BMT-nin Dünya Humanitar Yardım Sammitinə getməməsindən danışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Peskov prezidentin iş qrafikində bu səfərin nəzərdə tutulmadığını bildirib.

“Təəssüf ki, qrafikdə bu səfər üçün yer yoxdur. Rusiya sammitdə başqa səviyyədə təmsil olunacaq”, - Rusiya prezidentinin mətbuat katibi deyib.

Qeyd edək ki, Türkiyə tarixdə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammit Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən bildirib ki, ölkəsini sammitdə fövqəladə hallar nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm