Rusiya ABŞ-a Türkiyə sərhədini vurmağı təklif etdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ-a Türkiyə sərhədini vurmağı təklif etdi

Rusiya və ABŞ Suriyada birgə əməliyyatlar haqqında danışıqlara başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiya “Əl-Nüsra” Cəbhəsi və digər qanunsuz silahlı birləşmələrə qarşı birgə zərbələrin endirilməsini təklif edir. Şoyqunun sözlərinə görə, Suriyada birgə əməliyyatların hazırlanması barədə Moskva və Vaşinqton arasında konsultasiyalar mayın 19-da İordaniyada başlanıb.

“Biz ABŞ-a mayın 25-dən “Əl-Nüsra” Cəbhəsi və döyüş əməliyyatlarının dayandırılması rejimini dəstəkləməyən digər qanunsuz silahlı birləşmələrə, həmçinin silah-sursat karvanları və Suriya-Türkiyə sərhədini qanunsuz keçənlərə qarşı Rusiya ilə birlikdə əməliyyatların keçirilməsini təklif edirik”, - Şoyqu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm