• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

Maydanda 2,5 min dollara Rusiya himnini ifa etdi – VİDEO

  • Dünya
  • 21 May 2016 00:47
  • 567 Baxış
Maydanda 2,5 min dollara Rusiya himnini ifa etdi – VİDEO

Naməlum şəxs Kiyev Maydanında Rusiya himnini ifa edib.


Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, kişi bunu “BetOnMoney” saytında 2,5 min dollar qazanmaq üçün edib.

Kişi saytın istifadəçilərdən biri tərəfindən elan edilmiş mübahisədə iştirak edib. “Mübahisə edirəm ki, siz Ukraynanın Müstəqillik Meydanında Rusiyanın himnini oxuya bilməzsiniz”, - müəllif yazıb.

Onun tələblərinə əsasən, himn Müstəqillik monumentinin qarşısında ucadan ifa edilməli, həmin şəxs özü ilə Rusiya bayrağı gətirməli və sübut olaraq videoyazını təqdim etməli idi. Bütün bu tələbləri yerinə yetirən şəxsə isə 2,5 min dollar vəd olunub.

Daha əvvəl isə həmin sayt Moskvanın Qırmızı Meydanında Ukrayna himnini ifası üçün mükafat vəd etmişdi. Nəticədə naməlum şəxslər tələb olunan yerdə Ukrayna himnini ifa etmiş və video portalda yerləşdirilmişdi.

Qeyd edək ki, “BetOnMoney” interaktiv meydançadır. İstifadəçilər burada öz aralarında pulla mübahisə etməyə imkan tapırlar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>