Kiçik Yanukoviç şirkətini Putinin adamına satır
Bizi izləyin

Dünya

Kiçik Yanukoviç şirkətini Putinin adamına satır

Ukraynanın strateji əhəmiyyətli energetika şirkəti “Donbasenerji”ni Kremlə yaxın olan Rusiya oliqarxı Pavel Fuks əldə edə bilər.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin iqtisadi təhlükəsizlik sahəsində dövlət maraqlarının əks-kəşfiyyat müdafiəsi Departamentindəki mənbələr bildirib.

Məlumata görə, şirkətin aktivləri Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin beynəlxalq axtarışa verilən oğlu Aleksandr Yanukoviç və sabiq deputat İqor Qumenyuka aiddir. Mənbələr qeyd edir ki, aktivlərin alınması üzrə saziş ofşor şirkətlər vasitəsilə həyata keçirilə bilər.

Qeyd edək ki, Pavel Fuks “MosCityGroup”un Direktorlar Şurasının sədridir.

Ukraynanın Donetsk vilayətinin hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskinin məlumatına görə, Aleksandr Yanukoviç “Donbasenerji”nin aktivlərinin 34 faizinə şahibdır. Şirkətin aktivlərinin 25 faizi isə Ukraynanın Dövlət Əmlak Fondunun şəxsində dövlətə məxsusdur.

“Donbasenerji”nin tərkibinə iki istilik elektrik stansiyası daxildir. Hər iki stansiyada problemlərin olduğu bildirilir. Starobeşevskaya stansiyası Donetsk vilayətində separatçıların nəzarəti altında olan ərazidə işləyir və 2015-ci ilin əvvəlindən Ukraynadan elektrik enerjisinin pulunu ala bilmir. Slavyanskaya stansiyası isə 2014-2015-ci illərdə anbarlarda yanacaq olmadığına görə tez-tez fəaliyyətini dayandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm