• USD 1,7001 0,00% EUR 2,0032 -0,42%
    • GBP 2,2846 +0,01% RUB 0,0289 -0,35%

Bu ilin apreli ən isti ay olub

  • Dünya
  • 21 May 2016 07:40
  • 591 Baxış
Bu ilin apreli ən isti ay olub

2016-cı ilin apreli meteoroloji müşahidələr tarixində ən isti ay olub. Bu barədə Dünya Meteorologiya Təşkilatı (DMT) NASA-ya istinadla məlumat yayıb. Həmçinin bildirilir ki, aprelə qədərki aylarda temperatur son 137 ildə ən yüksək səviyyəyə çatıb. İsti aylar 2015-ci ilin fevralından başlayır. Ekspertlər planetdə temperaturun durmadan artdığını bildirirlər.

Apreldə quruda və okeanlarda orta temperatur meteoroloji müşahidələrin başlandığı 1880-ci ildən indiyədək ən yüksək həddə çatıb. Məlumatda qeyd olunur ki, dünyanın bəzi regionlarında insanlar mövsümə uyğun olmayan sərin havaları müşahidə edə bilərlər. Lakin ekspertlər ehtimal edirlər ki, bu, müvəqqəti effektdir və La-Nin adlı təbiət fenomeni ilə bağlıdır. DMT-nin baş katibi Petteri Taalas sürətlə artan qlobal istiləşmənin qarşısının alınmasının zəruriliyini və bunun mümkün olduğunu bildirib. O, bu ilin aprelində imzalanan iqlim üzrə Paris razılaşmasının təcili və hərtərəfli icrasına başlanmalı olduğunu qeyd edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>