“Fırtına”lar sərhəddə doğru yola çıxdı – FOTO/VİDEO
Bizi izləyin

Dünya

“Fırtına”lar sərhəddə doğru yola çıxdı – FOTO/VİDEO

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə yerləşən Gaziantepin İslahiyyə qəsəbəsinə “Fırtına” tanklarını göndərib.

Publika.az türk mediasına istinadən xəbər verir ki, məqsəd Suriya sərhədindəki hərbi birlikləri gücləndirməkdir. İlk etapda 10 “Fırtına” tanklarının göndərildiyi deyilir.

Son dövrlər Türkiyənin Suriyaya müdaxilə etməyə hazırlaşdığına dair informasiyalar da gündəmdədir.

Qeyd edək ki, “Fırtına” tankları Türkiyə hərbi sənayesinin məhsuludur. Digər tanklardan bir çox özəlliyi ilə seçilən “Fırtına”lar əksər ölkənin, o cümlədən, Azərbaycanın maraq dairəsindədir. Hətta 2011-ci ildə Azərbaycan Türkiyədən bu tankları sifariş vermişdi. Lakin yayılan məlumatlara görə, Avropa Birliyinin müdaxiləsi nəticəsində tankların alışı dayandırılmışdı.

“Fırtına”nı digər tanklardan fərqləndirən xüsusiyyətləri ilə videoda tanış ola bilərsiniz.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm