• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Bu qadın BMT-nin baş katibi ola bilər - FOTO

  • Dünya
  • 21 May 2016 12:16
  • 531 Baxış
Bu qadın BMT-nin baş katibi ola bilər - FOTO

Argentinanın dövlət başçısı Maurisio Makri xarici işlər naziri Susana Malkorrunun BMT-nin baş katibi postuna namizədliyini irəli sürüb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu haqda Argentinanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Argentina rəhbəri BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lükketofa və Təhlükəsizlik Şurasının sədri Amra Abdel Latif Abu Əl Əttaya bununla bağlı rəsmi məktub göndərib.

Qeyd edək ki, Susanna Malkorra Argentinanın xarici işlər naziri vəzifəsinə təyin olunmazdan əvvəl BMT-nin baş katibi Pan Gi Mun administrasiyasının rəisi işləyib. Bundan əvvəl isə xanım nazir baş katibin müavini olub.

O, BMT-ın inzibati başçısı postuna 10-cu iddialıdır.

Namizədlərdən 7 nəfəri Şərqi Avropa ölkələrini təmsil edir: Monteneqronun xarici işlər naziri İqor Lukşiç, YUNESKO-nun baş katibi İrina Bokova, Sloveniyanın sabiq prezidenti Danilo Türk, həmçinin Makedoniya, Moldova, Serbiya və Xorvatiyanın sabiq xarici işlər nazirləri. Portuqaliya öz növbəsində sabiq baş nazir Antonio Qutteriş, Yeni Zellandiya isə BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klarkın namizədliyini təklif edib.

Xatırladaq ki, 2007-ci il yanvarın 1-dən BMT-nin baş katibi vəzifəsinin səlahiyyətlərinin icrasına başlayan Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

Yeni baş katib Təhlükəsizlik Şurasınin təqdimatı ilə Baş Assambleya tərəfindən təyin olunur. Namizədlərin nəzərdən keçirilməsinə iyulda başlanacaq.

BMT-ın səkkiz birinci katibindən indiyə qədər heç biri Şərqi Avropa dövlətlərini təmsil etmirdi. Bundan əlavə, onların hamısı kişi idilər. Çoxları hesab edir ki, bu faktorlar təşkilatın yeni rəhbərinin seçimi vaxtı böyük əhəmiyyətə malik olacaq.

Anar Tağıyev
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>