Rusiyanın gömrük rəisi azərbaycanlılara görə tutuldu - VİDEO
Bizi izləyin

Dünya

Rusiyanın gömrük rəisi azərbaycanlılara görə tutuldu - VİDEO

Rusiya gömrük rəisi azərbaycanlılarla əlbir olaraq qaçaqmalçılıq etməkdə ittiham edilir.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskvanın Meşşanski rayon məhkəməsi Vnukova hava limanının gömrük postunun rəisi Vyaçeslav Latskini vəzifə səlahiyyətlərini aşdığı üçün saxlanılması barədə qərar qəbul edib.

"Məhkəmə istintaqın vəsatətini təmin edib və Latskin barəsində iyul ayının 4-dək həbs qətimkan tədbiri seçilib". Bu barədə hakim Yelena Qudaşnikova deyib.

Məhkəmə iclası zamanı dövlət ittihamçısı deyib ki, o, xaricə qaça və ya şahidlərə təzyiq göstərə bilər. Bunun üçün onun həbs edilməsi lazımdır.

İstintaqın versiyasına görə, Azərbaycan və Türkiyə vətəndaşları Vnukova gömrükxanasının əməkdaşları ilə əlbir olaraq Türkiyədən Rusiya Federasiyasına qaçaqmalları əl yükü adı altında qanunsuz olaraq keçiriblər. Qrupa 20 nəfər daxil olub. Yükü aparanlar "yaşıl dəhliz"dən keçiblər. Əslində onlar, ödəniş etməklə "qırmızı dəhliz"dən keçməli idilər. Beləliklə, hər ay 30 tona yaxın mal bu cür qanunsuz yolla gömrükdən keçərək Rusiya ərazisinə daxil olub.

Sonuncu dəfə martın 4-də Vnukovada İstanbuldan qanunsuz mal gətirən 16 nəfər saxlanılıb. Məlum olub ki, onlar uzun müddət gömrük nəzarətindən keçməməklə qaçaqmalları Rusiyaya aparıblar.

Saxlanılanların sözlərinə görə, onların Vnukova gömrükxanasının əməkdaşları ilə yüklərin keçirilməməsi barədə razılaşmaları olub. Hər il onlar hava limanından ümumi çəkisi 700-800 kiloqram olan yük daşıyıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm