Dünya
İran müharibəyə hazırlaşır: məxfi hazırlanan hücum planı - FOTO
İran ordusu Suriyanın Hələb vilayətinin cənubunda böyük
hücuma hazırlaşır.
Publika.az xəbər verir ki, hücuma İnqilab
Keşişçiləri Korpusunun Suriya üzrə nümayəndəsi Kasım Süleymani
rəhbərlik edəcək.
“Yeni Şafak” qəzetinin yazdığına görə, K. Süleymaninin Hələbin
Xan Tumen qəsəbəsində yerləşən bir evdə generallarla birgə məxfi
hücum planı hazırladığını əks etdirən fotoları yayılıb.
Məlumata görə, Süleymani Ayətullah Xameneinin əmri ilə Hələbdə
əməliyyat mərkəzi yaradıb. Planlaşdırılan hücuma Rusiya havadan
dəstək verəcək.
Yerli mənbələr isə Hələbin bütövlükdə İranın nəzarətinə
keçdiyini bildirirlər. Suriyada 40 min iranlı əsgərin olduğu təxmin
edilir. Hazırda Hələbdə Əsəd əsgərlərinin olmadığı deyilir.
Toqquşmalarda öldürülən əsgərlərin ya əfqanıstanlı, ya da
pakistanlı şiələr olması da bunu sübut edir.
Asif
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı