ABŞ polisindən irimiqyaslı ƏMƏLİYYAT
Bizi izləyin

Dünya

ABŞ polisindən irimiqyaslı ƏMƏLİYYAT

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində polisin keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmaların üzvü və narkotik alverçisi olan 140-dan çox şəxs saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhər polis idarəsinin rəhbəri Eddi Conson bunu son illər ərzində ən böyük əməliyyat adlandırıb.

"Bu şəxslər dərk etməlidir ki, əgər onlar öz həyat tərzini dəyişdirməsələr, o zaman bizim sərəncamımızda olan resursların bütün ağırlığını sınaqdan keçirməli olacaqlar. Federal hakimiyyət orqanlarındakı həmkarlarımızla birlikdə onların qarşısını alacağıq və şəhərdə zorakılıq etməyə icazə verməyəcəyik"- deyə Eddi Conson bildirib.

Polisin reydləri iki gün davam edib.

Reydlər zamanı qeydiyyat sənədi olmayan 25 ədəd silah və ümumu məbləği 45 min dollardan çox olan narkotik maddə müsadirə edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm