Malayziyada 14 İŞİD üzvü həbs edildi
Bizi izləyin

Dünya

Malayziyada 14 İŞİD üzvü həbs edildi

Malayziyada İŞİD üzvü olmaqda şübhəli bilinən 14 nəfər həbs edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq mühafizə orqanlarının yaydığı açıqlamada bildirilir.

Həbs edilənlərdən biri Suriyadakı terror qruplaşmasının strukturunda yüksək vəzifə tutan Məhəmməd Vandinin yaxınlarındandır.

“Xüsusi təyinatlı bölmə 17-20 mayda ölkənin bir sıra ştatlarında, o cümlədən Kuala-Lumpurda xüsusi əməliyyat keçirib. Nəticədə 1-i qadın olmaqla 14 nəfər həbs edilib”- deyə polis rəsmilərindən birinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, İŞİD-ə qoşulmaqda şübhəli bilinənlər ölkənin yüksək vəzifəli şəxslərinə, o cümlədən baş nazir Nəcib Razaka sui-qəsd planı hazırlayacaq təşkilata silahlılar cəlb edirdilər.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm