Yaponiyadan ABŞ-a ikinci ETİRAZ
Bizi izləyin

Dünya

Yaponiyadan ABŞ-a ikinci ETİRAZ

Yaponiyanın Xarici İşlər Nazirliyindən sonra Müdafiə Nazirliyi də Okinavada baş vermiş qətl hadisəsilə əlaqədar ABŞ-a etirazını bildirib.

Publika.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu ölkənin Müdafiə Nazirliyi Amerika dəniz piyadaçısının yerli sakini qətlə yetirməsinə kəskin narazılığını ifadə edib.

Yapniyanın müdafiə naziri Qen Nakatani bu hadisə ilə bağlı rəhbəri olduğu qurumun mövqeyini Okinavadakı Amerika qoşunlarının koordinasiyası üzrə məsul şəxs, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Lorensu Nikolsona çatdırıb.

"Bu, qətiyyən bağışlanılmazdır. Mən bundan sonra belə hadisələrin heç vaxt təkrarlanmaması üçün lazım gələn hər şeyin edilməsini tələb edirəm", - deyə Nakatani bildirib.

Xatırladaq ki, bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi də ABŞ-a rəsmi etirazını ifadə edib.

Qətllə bağlı həbs edilmiş 32 yaşlı keçmiş dəniz piyadaçısının ötən ay itkin düşmüş 20 yaşlı yerli sakini qətlə yetirməsi istintaqla sübuta yetirilib. Cinayətkar istintaqa ifadəsində qızı boğduğunu və ona bir neçə bıçaq zərbəsi vurduğunu etiraf edib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm