Dünya
Ermənistanda vətəndaş müharibəsi: “İrəvana gedən xətti kəsəcəyik”
Ermənistanda içməli su problemi vətəndaş müharibəsinə
səbəb ola bilər.
Publika.az “epress.am” saytına istinadən xəbər
verir ki, kəndlilər etiraza qalxıblar.
Məlumata görə, Qarni kəndinin sakinləri Ararat çayının suyunun
yerdəyişməsi proqramına etiraz ediblər. Onlar İrəvana gedən yolu
kəsiblər. Nümayişçilər məmurların gəlməməsi tələbi ilə çıxış
ediblər.
“Biz proqramın ləğvini tələb edirik. Başqa cür dağılışmayacağıq.
Bizə məmurların gəlişi lazım deyil, hətta onları görmək belə
istəmirik”, - deyə onlar bildiriblər.
Aksiya iştirakçısı Zoqrab Sedrakyan deyib ki, əgər onların
tələbləri yerinə yetirilməsə, o zaman İrəvana gedən içməli su
xəttini dağıdacaqlar.
“Qarnidə normal içməli su yoxdur, hətta suvarma üçün də su
qalmayıb. Bizim bağlarımız quruyub. Əgər tələbimizi yerinə
yetirməyəcəklərsə, İrəvana gedən suyun qarşısını kəsəcəyik. Bu o
deməkdir ki, bizi İrəvan sakinləri ilə üz-üzə qoyacaqlar və
vətəndaşlar arasında münaqişə yaranacaq. Hakimiyyət bunu
düşünməlidir”, - deyə o bildirib.
Sayt əlavə edib ki, əgər içməli su problemi həll edilməyəcəksə,
kənd və şəhər arasında münaqişə yarana, beləliklə, vətəndaş
müharibəsi həddinə çata bilər.
Asif
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi