İsveçrədə qatar turist avtobusu ilə toqquşdu, yaralılar var
Bizi izləyin

Dünya

İsveçrədə qatar turist avtobusu ilə toqquşdu, yaralılar var

İsveçrənin paytaxtı Bern şəhərinin 40 kilometrliyində yerləşən İnterlaken şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, həmin ərazidə qatar turist avtobusu ilə toqquşub.

Qəza nəticəsində 17 nəfər xəsarət alıb.

Hadisə avtobus dəmir yolunu keçərkən baş verib.

Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasedicilər işləyir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm