• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

Əlcəzairdə 7 terrorçu məhv edildi

  • Dünya
  • 21 May 2016 18:12
  • 364 Baxış
Əlcəzairdə 7 terrorçu məhv edildi

Əlcəzairin şimalında 7 terrorçu məhv edilib.

Publika.az bu ölkənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, silahlı şəxslər Əlcəzairin Buir vilayətində zərərsizləşdiriliblər.

Terrorçular Er-Riş meşə massivində aparılmış təmizləmə əməliyyatı zamanı öldürülüblər. Milli Müdafiə Nazirliyinin bölmələri həmçinin terrorçuların silah arsenalını ələ keçirib. Anbarda külli miqdarda avtomat, pulemyot və döyüş sursatları müsadirə edilib.

Əlcəzair ordusunun bölmələri bununla yanaşı, terrorçuların ölkənin şimal-şərq vilayəti Batna, Cicel və Ayn-Defladakı sığınacaqlarını müəyyənləşdirərək məhv ediblər.

Mayın 17-də başlamış antiterror əməliyyatı bu günə kimi davam edir.

Anar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>