Dünya
Böyük Britaniyada sonuncu tütün fabriki bağlanıb
Böyük Britaniyada sonuncu tütün fabriki bağlanıb.
Nottingem qraflığında yerləşən “Horizon” fabriki bu barədə qərarı 2 il əvvəl verib. Bu qərar nəticəsində 500-ə yaxın insan öz işini itirəcək. İşçi heyətinin əksəriyyəti gələn həftə fabriki tərk edəcək və müəssisə fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, “Horizon” fabriki “İmperial Tobacco” şirkətinə məxsus fabrikdir və 1972-ci ildən fəaliyyət göstərir. Fabrik fəaliyyəti ərzində ildə maksimum 52 milyard siqaret istehsal edib və işçilərinin sayı 7 minə yaxın olub.
“İmperial Tobacco” şirkəti ucuz işçi qüvvəsi olan ölkələrdə fəaliyyət göstərməyə başlayıb. Bu ölkələrin sırasında İraq, Suriya, Çin, Rusiya və Polşa var. Həmçinin şirkətin nümayəndəsi bildirib ki, Almaniya və Polşada istehsala başlamaq mənfəəti 320 milyon funt sterlinq artıracaq.
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR