• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

Qəzaya uğrayan təyyarənin pilotunun səs yazısı yayıldı

  • Dünya
  • 22 May 2016 05:10
  • 824 Baxış
Qəzaya uğrayan təyyarənin pilotunun səs yazısı yayıldı

CNN-in ərəb dili bölməsində Misir Hava Yollarına (EgyptAir) məxsus təyyarənin pilotlarının qısa səs yazısı yayımlayıb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, yayılan səs yazısında İsveçrədə, Sürix səmasında olarkən dispetçerin ekipaj heyətinə "Gecəniz xeyrə" dediyi əksini tapıb.

Yayımlanmayan səs yazısında isə dispetçerin pilotlardan bundan sonra İtaliya dispetçerləri ilə əlaqə saxlamasını xahiş etdiyi bildirilib.

Xatırladaq ki, Parisdən Qahirəyə uçan Misir Hava Yollarına (“EgyptAir”) məxsus Airbus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində 12 ölkədən 66 sərnişin və ekipaj üzvü həlak olub. Sərnişinlər arasında ABŞ Prezidenti Obamanın müşaviri də olub.

20 mayda sərnişinlərin əşyaları və təyyarənin hissələri İsgəndəriyyə şəhərindən 290 km şimalda dənizdə tapılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>