ABŞ Senatına “erməni soyqırımı” qanun layihəsi təqdim edildi
Bizi izləyin

Dünya

ABŞ Senatına “erməni soyqırımı” qanun layihəsi təqdim edildi

ABŞ Senatına “erməni soyqırımı” qanun layihəsi təqdim edildi

ABŞ Senatına 1915-ci hadisələri ilə əlaqədar erməni iddialarını dəstəkləyən bir qanun layihəsi təqdim edilib.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Senatın xarici əlaqələr komitəsinin başçısı demokrat senator Robert Menendez və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilən qanun layihəsində ABŞ prezidentinə 1915-ci il hadisələrinin “soyqırım” olaraq tanınması çağırışı yer alıb.

Adıçəkilən senatorlar erməni lobbisinin güclü dəstəkçiləri olaraq tanınır.Qanun layihəsinin ilk olaraq Senatın xarici əlaqələr komitəsində müzakirə edilməsi və səsverməyə çıxarılması lazımdır. Qanun layihəsi komitədə qəbul olunacağı halda Senatın ümumi müzakirəsinə çıxarıla bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm