Dünya
Tacikistanda ümumxalq referendumu keçirilib
Tacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı ümumxalq referendumu başa çatıb.
Tacikistan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının verdiyi məlumata görə, yerli vaxtla saat 20.00-da ölkədə yaradılan 68 seçki dairəsi, 3,24 min seçki məntəqəsində səsvermə başa çatıb.
İlkin nəticələrə görə, səs hüququ olan vətəndaşların 83,3 faizi səsvermədə iştirak edib ki, bu da referendumun baş tutması deməkdir.
Referendumu Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin, həmçinin beynəlxalq təşkilatların müşahidəçiləri və yerli nümayəndələr izləyiblər.
Tacikistan prezidenti Emoməli Rahmon paytaxtdakı 15 nömrəli seçki məntəqəsində səs verib.
Əgər düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan Prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə biləcək. Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək.
Əsas qanuna edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.
Xatırladaq ki, Tacikistan Prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.
Referendumun nəticələri mayın 23-də elan ediləcək.
Azərbaycan Milli Məclisinin deputatları İqbal Məmmədov, Rüfət Quliyev və Mərkəzi Seçki Komissiyasının nümayəndələri referendumda müşahidəçi qismində iştirak ediblər.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var