Oğlu üçün prezidentliyə gedən yolu qısaltdı
Bizi izləyin

Dünya

Oğlu üçün prezidentliyə gedən yolu qısaltdı

Tacikistan sakinlərinin 94,5 faizi ölkə konstitusiyasına təklif olunan dəyişiklikləri dəstəkləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Bəxtiyar Xudoerzod bildirib.

Respublikanın əsas qanununa 41 düzəliş təklif edilib. Onların arasında prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətin ləğvi və prezident postuna namizədlərin yaş senzinin 35 yaşdan 30 yaşa qədər azaldılmasıdır. İkinci dəyişiklik prezident Emomali Rahmonun oğlu Rüstəm üçün prezidentliyə gedən yolunu qısaldacaq. 2020-ci ildə 33 yaşı olacaq Rüstəm Emomali seçkilərdə iştirak etmək hüququ qazanacaq.

Konstitusiya dəyişiklikləri həmçinin, milli və ya dini əsasda partiyaların yaradılmasını və onların xaricdən maliyyələşdirilməsini qadağan edir.

Tacikistan Konstitusiyası 1994-cü ildə qəbul edilib. Ölkənin əsas qanununa 1999 və 2003-cü illərdə referendum yolu ilə düzəlişlər edilib. Sonuncu dəyişikliklər prezident Rahmona iki yeddiillik müddətə hakimiyyətdə qalmağa imkan verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm