• USD 1,7001 0,00% EUR 1,9997 -0,07%
    • GBP 2,2482 +0,19% RUB 0,0296 +0,34%

Ərdoğandan insanlıq dərsi: “Bombalardan qaçan hər kəsə...” - VİDEO

  • Dünya
  • 23 May 2016 13:20
  • 707 Baxış
Ərdoğandan insanlıq dərsi: “Bombalardan qaçan hər kəsə...” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tarixdə ilk dəfə təşkil olunan Dünya Humanitar Sammitində etdiyi çıxışında dünyaya insanlıq dərsi verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın qaçqın probleminə toxunan Ərdoğan beynəlxalq cəmiyyətin bu məsələdə kifayət qədər dəstək vermədiyini bildirib.

Türkiyə prezidenti ölkəsinin qaçqınlar üçün xərclədiyi vəsaitin 10 milyard dolları keçdiyi halda, beynəlxalq cəmiyyətin yalnız 455 milyon dollar ayırdığını deyib.

“Mövcud sistem insanlığın problemləri qarşısında çox təəssüf ki, lazımı addımlar atmır. Bu yükü yalnız müəyyən ölkələr öz üzərinə götürüb. Artıq bu mövzuda hər kəs əlini daşın altına qoymalıdır. Ehtiyaclar hər keçən gün artdığı halda, təəssüf ki, qaynaqlar eyni nisbətdə artmır. Bundan başqa, maliyyənin ayrılması baxımından məsuliyyətdən qaçma meyllərini görürük”, - Ərdoğan qeyd edib.

Türkiyədə 3 milyondan çox suriyalı və iraqlı qaçqın olduğunu deyən Ərdoğan Türkiyənin qapılarının bombalardan qaçan heç kəsə açıq olduğunu vurğulayıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>