Ərdoğan: “Bu, ağla və vicdana sığmaz”
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu, ağla və vicdana sığmaz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya Humanitar Sammitində BMT-nin baş katibi Pan Gi Munun olduğu paneldə BMT-ni tənqid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan insanlığın taleyinin beş ölkənin insafına buraxılmasının ağla və vicdana sığmadığını deyib.

“Biz hər fürsətdə dünyanın beşdən böyük olduğunu deyirik. İnsanlığın taleyini beş ölkənin insafına buraxmaq nə ağla, nə vicdana sığır. Veto haqqından zaman-zaman məsuliyyət şəkildə istifadə böhranlara və qarşıdurmalara lazımı müdaxiləyə mane olur. Bu məsələdə hər kəs əlini vicdanına qoyaraq düşünməlidir”, - Ərdoğan “Qarşıdurmaların qarşısının alınması üçün siyasi liderlik” panelində bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm