• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

Mərkəzi Asiya ölkəsində ŞOK PROQNOZ: “Müharibə hələ irəlidədir”

  • Dünya
  • 23 May 2016 20:12
  • 1 421 Baxış
Mərkəzi Asiya ölkəsində ŞOK PROQNOZ: “Müharibə hələ irəlidədir”

Tacikistanda dövlət çevrilişi və vətəndaş müharibəsi mümkündür.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, bunu “Tacik əmək miqrantları” Ümumrusiya ictimai hərəkatının başçısı Karomat Şaripov bildirib.

Ölkə prezidenti Emomali Rahmonu tənqid edən Şaripovun sözlərinə görə, o, ölkənin real problemlərini bilmir: “Bizə bir çox insan kömək üçün müraciət edir. Müharibə hələ irəlidədir”, - ictimai hərəkatın rəhbəri əlavə edib.

Qeyd edək ki, Tacikistanda vətəndaş müharibəsi 1992-ci ildən 1997-ci ilə qədər davam edib. Münaqişə hökumət və müxalifət arasında sazişin imzalanması və milli barışıq üzrə komissiyanın yaradılmasından sonra başa çatıb.

Dünən isə Tacikistanda Kosntitusiyaya dəyişikliklər üzrə referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sakinlərin 94,5 faizi ölkə dəyişiklikləri dəstəkləyib.

Respublikanın əsas qanununa 41 düzəliş təklif edilib. Onların arasında prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətin ləğvi və prezident postuna namizədlərin yaş senzinin 35 yaşdan 30 yaşa qədər azaldılmasıdır. İkinci dəyişiklik prezident Emomali Rahmonun oğlu Rüstəm üçün prezidentliyə gedən yolunu qısaldacaq. 2020-ci ildə 33 yaşı olacaq Rüstəm Emomali seçkilərdə iştirak etmək hüququ qazanacaq.

Konstitusiya dəyişiklikləri həmçinin, milli və ya dini əsasda partiyaların yaradılmasını və onların xaricdən maliyyələşdirilməsini qadağan edir.

Dəyişikliklər ölkə müxalifəti tərəfindən etirazla qarşılanıb.

Cəmiyyəti ən çox hiddətləndirən məsələ “radikalizmlə mübarizə” adı altında sərt addımların atılmasıdır. Bu ilin yanvar ayında Tacikistan polisi təxminən 13 min nəfərə saqqalını kəsdirib.

Bundan başqa, “xarici təsirlərlə” mübarizə çərçivəsində ənənəvi müsəlman paltarlarını satan 160-dan çox mağazanın fəaliyyəti dayandırılıb. Tacikistan rəhbərliyi atılan bütün addımların məqsədinin “cəmiyyətin radikallaşmasının qarşısını almaq” və “dünyəvi sistemi qorumaq” olduğunu açıqlayır.

Tacikistanın Ali Məhkəməsi ölkədə qeydiyyata alınan yeganə islam partiyası İslam İntibah Partiyasını ötən ilin sentyabr ayında terror təşkilatı kimi tanıyıb. Partiya qanunsuz elan edilib, onun fəaliyyəti respublika ərazisində qadağan olunub.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>