Məşhur iş adamının pulunu canlı yayımda sayan aparıcı işdən qovuldu – VİDEO
Bizi izləyin

Dünya

Məşhur iş adamının pulunu canlı yayımda sayan aparıcı işdən qovuldu – VİDEO

CNN Türk kanalının aparıcısı Ekin Olcayto işə qəbul olunmasından bir ay sonra kanaldan uzaqlaşdırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb aparıcının canlı yayımda məşhur iş adamı Ali Ağaoğlunun cibindəki pulu götürərək sayması olub.

İddiaya görə, Olcaytonun Ali Ağaoğluna “cibinizdə nə qədər pul var” sualı verməsi və iş adamının pulunu götürərək sayması kanalın rəhbərliyini narahat edib.

Qeyd edək ki, türkiyəli iş adamı həmin proqramda kredit kartının limitini açıqlayıb. Biznesmen kredit kartının limitinin 50 min lirə (26 min manat) olduğunu deyib. Daha sonra isə Ağaoğlu aparıcının istəyi ilə cibindəki pulları çıxarıb. Onun cibində 8 min 400 lirə (4500 manat) olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm