“Ukraynanı nüvə zibilliyinə çevirirlər” – XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Ukraynanı nüvə zibilliyinə çevirirlər” – XƏBƏRDARLIQ

Çernobılda işlədilmiş nüvə yanacağı anbarının tikintisi Ukraynanın “nüvə zibilliyi”nə çevirə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təşkilatın baş katibi Pan Gi Muna göndərdiyi məktubunda bildirib.

Çurkin diqqəti ona yönəldib ki, tikilən anbar mütəxəssislərin qiymətləndirməsinə görə, Ukraynanın özünün ehtiyaclarını əhəmiyyətli dərəcədə üstələyir.

“Ehtimal ki, xarici tullantıların basdırılması üçün infrastruktur hazırlanır. Başqa sözlə, Ukrayna hakimiyyətinin qərarı ilə ölkənin nüvə zibilliyinə çevrilməsindən söhbət gedir”, - məktubda deyilir.

Qeyd edək ki, Ukrayna 2017-ci ilin sonuna kimi anbarın tikintisini başa çatdırmağı planlaşdırır. Obyektdən 1986-cı ildə baş verən qəzadan zədələnməyən Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda işlədilən nüvə yanacağının saxlanılması üçün istifadə olunacaq. Anbarda həmçinin Ukraynanın üç başqa stansiyası - Xmelnitski, Rovnensk və Cənubi Ukrayna stansiyalarında işlədilən nüvə yanacağının saxlanılacağı bildirilir.

Anbarın tikintisi üçün elan edilən tenderi hələ 2005-ci ildə “Holtec” Amerika-Britaniya konsorsiumu udub. Layihə donorların maliyyəsi ilə həyata keçirilir.

Çurkin ətraf mühitə dəyəcək zərərə görə, anbarın tikintisinə kömək göstərən dövlətlərin məsuliyyət daşıdığını qeyd edib. Diplomat qeyd edir ki, həmin dövlətlər anbardan özlərinin radioaktiv tullantılarının basdırılması üçün istifadə etmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm