AP sədri: “Türkiyə Avropa dəyərlərindən sürətlə uzaqlaşır”
Bizi izləyin

Dünya

AP sədri: “Türkiyə Avropa dəyərlərindən sürətlə uzaqlaşır”

Avropa Parlamentinin (AP) sədri Martin Şults Türkiyədə son dövrlər baş verən siyasi hadisələri sərt şəkildə tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şults Türkiyənin Avropa dəyərlərindən sürətlə uzaqlaşdığını söyləyib.

“Almaniya kansleri Angela Merkel və Avropa Birliyinin rəhbərləri yürütdüyü siyasətin Avropa dəyərlərinə uyğun gəlmədiyini, bunun nəinki Avropa Birliyinə üzvlük prosesini çətinliyə saldığını, hətta qeyri-mümkün vəziyyətə gətirdiyini prezident Rəcəb Tayyib Ərdoğana çox dəqiq şəkildə birdirməlidirlər. Türkiyə Avropa dəyərlərindən uzaqlaşır, bu halda Avropa Birliyinə üzvlük qeyri-mümkündür. Türkiyə bir nəfərin dövləti olma yolunda gedir. Avropa Birliyi Türkiyədə gücün tək əldə toplanmasına səssiz qalmamalıdır”, - AP-nin sədri bildirib.

Onun sözlərinə görə, miqrantların geri göndərilməsi ilə bağlı Türkiyə və Avropa Birliyi arasında əldə olunan razılaşmanın ləğvi səhv addım olardı: “Bizim ehtiyacımız olan yaxşı bir razılaşmadır. Buna görə də Türkiyə ilə işləmək məcburiyyətindəyik, lakin daha çox susmamalıyıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm