Türkiyə olmayacaqdı, əgər... – Almanlardan ŞOK PLAN – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə olmayacaqdı, əgər... – Almanlardan ŞOK PLAN – VİDEO/FOTOLAR

Nasist Almaniyası “Generalplan Ost” (“Böyük Şərq Planı”) planı ilə təxminən eyni vaxtda başqa bir plan hazırlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət “Atlantropa” planından gedir.

Planın altında memar Herman Sörgelin imzası var. Sörgel iyirminci əsrin əvvəlində Avropanı bürüyən iqtisadi və siyasi böhrandan çıxarmaq üçün 1929-cu ildə“Atlantropa” layihəsini təklif edib və həyatının sonuna kimi (1952) fikrini müdafiə edib.

“Atlantropa” çərçivəsində Cəbəllütariq və Çanaqqala boğazında, həmçinin Siciliya və Tunis arasında nəhəng anbarlar qurulmalı, bu anbarlarda elektrik enerjisi istehsal olunmalı idi.

Hər hansı ölkə sülhü təhdid edəcəyi halda bölgəni idarə edəcək üst qurum və ya lider enerji nəqlini kəsərək onu cəzalandırmalı idi. Beləliklə, heç bir ölkə müharibə etməyə cəhd edə bilməyəcəkdi. Şörgel Aralıq dənizindəki su qaynaqlarının istifadə edilməsi ilə Avropanın Afrikadakı koloniyalar üzərində mübahisəsiz hakimiyyət qurmasını da qarşıya məqsəd qoyurdu.

Bundan başqa, Sörgel anbarların sayəsində Aralıq dənizindəki suyun səviyyəsini azaltmağı, beləliklə əkinçilik və məskunlaşma üçün yeni ərazilərin açılmasını müdafiə edirdi. Ancaq layihənin bölgənin iqliminə verə biləcəyi zərər barədə ən kiçik narahatlıq belə dilə gətirilmirdi.

Sörgelin planının bir başqa tərəfi Süveyş kanalının uzadılması və beləliklə ticarət yollarının açıq saxlanılması idi.

“Atrantropa” layihəsi həyata keçirilsəydi, Türkiyənin hazırda yerləşdiyi torpaqlarda ölkənin olmayacağı dəqiq idi.

Ömər Dağlı


Almanların Hayata Geçirilemeyen Büyük Türkiye... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm