Lavrov Jirinovskinin adamlarının təklifini rədd etdi
Bizi izləyin

Dünya

Lavrov Jirinovskinin adamlarının təklifini rədd etdi

Rusiyanın Xarici İşlər Nazirliyi Kiyevə cavab olaraq Ukrayna mədəniyyət xadimlərinin “qara siyahı”ya salınmasını məqsədəuyğun hesab etmir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Liberal Demokratik Partiyasından olan deputatların sorğusuna verilən cavabda deyilir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun imzası ilə partiyaya göndərilən sənəddə deyilir ki, mədəniyyət sferasının siyasiləşdirilməsinə yönəldilən hər hansı ictimai müzakirə müsbət nəticələr gətirməyəcək. Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, Zelenskinin Ukraynanın cənubi-şərqindəki münaqişə ilə bağlı “çoxmənalı fikirləri” Rusiya ərazisində mədəni tədbirlərin təşkili zamanı nəzərə alınmalıdır.

Qeyd edək ki, Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokratik Partiyasından olan deputatlar aktyor Vladimir Zelenskinin Rusiyaya girişinin qadağan edilməsini təklif ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm