Hərbi ekspert Putinin planından danışdı
Bizi izləyin

Dünya

Hərbi ekspert Putinin planından danışdı

Donetskdə Rusiya separatçılarının hərbi fəaliyyətini aktivləşdirməsi bəlkə də Krıma təhlükəsiz quru dəhlizi yaratmaq üçün atılmış addımdır.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert, Razmukova Mərkəzinin direktoru Nikolay Sunqurovski bildirib.

Terrorçuların Krıma quru yolu yaratmaq üçün Mariupolda hərbi aktivliyi artırmağa cəhd etməsinə toxunan Sunqurovski Putinin qarşısını almağın lazım olduğunu qeyd edib:

"Burada birmənalı cavab vermək olmaz. Mən düşünmürəm ki, hərbi fəaliyyətin aktivləşdirilməsi ilə Putin Krıma quru dəhlizi açmağı bacaracaq, çünki əldə etdikdən sonra onu saxlamaq da lazımdır. Putin Krıma dəhliz açmaq üçün Ukraynanı danışıqlar masasına oturmağa məcbur edəcək. Hərbi yolla Krıma quru dəhlizinin açılması təhlükəsizliyə zəmanət vermir. O özü problemləri yaradır, sonra da deyir ki, siz Rusiyanın iştirakı olmadan bunların öhdəsindən gələ bilməzsiniz".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm