ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı
Bizi izləyin

Dünya

ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı

ABŞ-a məxsus “RC-135 hərbi təyyarəsi Yapon dənizi üzərində kəşfiyyat uçuşları aparan zaman Rusiya sərhədinə yaxınlaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, ABŞ-a məxsus hərbi təyyarə mülkü vətəndaşları daşıyan sərnişin təyyarələri üçün nəzərdə tutulan hündürlükdən istifadə edib və bu zaman təyyarədəki radioötürücü cihaz bağlı olub:

“Bununla əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılaraq, ondan müvafiq izahat tələb olunub. Həmin goruş zamanı amerikalı hərbi attaşeyə bu cür hadisələrin bir daha təkrarlanmaması söylənilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm