Ərdoğandan Davudoğluya sərt sözlər
Bizi izləyin

Dünya

Ərdoğandan Davudoğluya sərt sözlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda istefaya gedən sabiq baş nazir Əhməd Davudoğlu barəsində sərt fikirləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdülkadir Selvinin müəllifi olduğu məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, Prezident Ərdoğan hələ Əhməd Davudoğlu baş nazir olduğu dövrdə onu ciddi tənqid edərək, yalnız “söz pəhləvanı” adlandırıb.

Məqalədə qeyd olunur ki, Prezident R.T.Ərdoğan mayın 5-də AKP-dən olan millət vəkilləri ilə bir araya gələn zaman partiyanı daha fəal çalışdırmağa və indidən 2019-cu il seçkilərinə hazırlamağa səsləyib:

“Həmin görüş zamanı Ərdoğan açıq şəkildə bəyan etdi ki, əgər partiya müvəffəqiyyətli olursa, o zaman həm güclü hökumət, həm baş nazir, həm də prezident seçilər.

Bundan başqa, Ərdoğan Davudoğlu haqqında belə demişdi: “Mən Səudiyyə Ərəbistanına gedirəm, 15 gün sonra Davudoğlu da Səudiyyə Ərəbistanına səfər edir. Mən ABŞ-dan qayıdıram, 15 gün sonra Davudoğlu Amerikaya getməyə hazırlaşır. Bütün bunları anlaya bilmirəm”. Ərdoğan bütün bu fikirləri Davudoğlunun istefasından az əvvəl söyləmişdi. Bütün bunlar bir daha onu göstərir ki, Ərdoğan Davudoğlunun baş nazir kimi fəaliyyətindən qəti razı deyil idi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm