• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Türkiyənin 65-ci hökumətinin tərkibi açıqlandı - SİYAHI - VİDEO (YENİLƏNİR)

  • Dünya
  • 24 May 2016 12:55
  • 792 Baxış
Türkiyənin 65-ci hökumətinin tərkibi açıqlandı - SİYAHI - VİDEO (YENİLƏNİR)

Türkiyənin 65-ci hökumətinin tərkibi məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökuməti prezident Rəcəb Tayyib Ərdoğandan hökuməti qurmaq vəzifəsi alan Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım tərəfindən açıqlanıb.

Baş nazir: Binəli Yıldırım

Baş nazirin müavini: Nurəddin Canikli

Baş nazirin müavini: Mehmet Şimşek

Baş nazirin müavini: Numan Kurtulmuş

Baş nazirin müavini: Yıldırım Tuğrul Turkeş

Baş nazirin müavini: Veysi Kaynak

Ədliyyə naziri: Bekir Bozdağ

Ailə və sosial siyasət naziri: Fatma Betül Sayan Kaya
Avropa Birliyi naziri: Ömer Çelik

Elm-sənaye və texnologiya naziri: Faruk Özlü

Əmək və sosial təminat naziri: Süleyman Soylu

Ətraf mühit və şəhərsalma naziri: Mehmet Özhaseki

Xarici işlər naziri: Mövlud Çavuşoğlu

İqtisadiyyat naziri: Nihat Zeybekçi

Energetika və təbii ehtiyatlar naziri: Berat Albayrak

Gənclik və idman naziri: Akif Çağatay Kılıç

Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri: Faruk Çelik

Gömrük və ticarət naziri: Bülent Tüfenkçi

Daxili işlər naziri: Efkan Ala

İnkişaf naziri: Lütfi Elvan

Mədəniyyət və turizm naziri: Nabi Avcı

Maliyyə naziri: Naci Ağbal

Milli təhsil naziri: İsmet Yılmaz

Müdafiə naziri: Fikri İşık

Meşə və su işlər naziri: Veysel Eroğlu

Səhiyyə naziri: Recep Akdağ

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri: Ahmet Arslan

Binəli Yıldırım prezidentlə görüşmək üçün evdən çıxarkən qonşuları ilə danışıb, jurnalistlərlə zarafatlaşıb. O, eyvanda dayanan qonşusuna “Sizə layiq olmağa çalışacağam” deyib.

Jurnalistlərlə də tək-tək görüşən Yıldırım onlara “Burada aç-susuz gözləməyinizə kədərlənirəm. Siz çağırın, mən gələrəm” söyləyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>