Davudoğlunun son imzası Fətullah Gülənə qarşı
Bizi izləyin

Dünya

Davudoğlunun son imzası Fətullah Gülənə qarşı

Əhməd Davudoğlu Türkiyənin baş naziri olduğu dövrdə son imzasını Maarif Vəqfi üçün atıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Davudoğlu Maarif Vəqfinin yaradılmasını nəzərdə tutan qanun layihəsini imzalayaraq parlamentə təqdim edib.

Bütün dünyada fəaliyyət göstərəcək vəqf Fətullah Gülən məktəblərinə alternativ təhsil müəssisələrə açacaq. Vəqf dövlətin nəzarətində olacaq.

On iki üzvdən ibarət İdarə Heyətinin 4 üzvü prezident, 3-ü Nazirlər Kabineti tərəfindən təyin olunacaq. Üzvlərdən ikisi Milli Təhsil Nazirliyi, biri Xarici İşlər Nazirliyi, biri Maliyyə Nazirliyi, biri isə Ali Təhsil Təşkilatının nümayəndəsi olacaq. Vəqf büdcədən maliyyələşdiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm