Türkiyənin yeganə qadın naziri: Onun yaşı bilinmir...
Bizi izləyin

Dünya

Türkiyənin yeganə qadın naziri: Onun yaşı bilinmir...

Türkiyənin yeni hökumətində yer alan yeganə qadın olan Fatma Betül Sayan Kaya Ailə və Sosial Siyasət naziri postunu Sema Ramazanoğlundan təhvil alıb.

Publika.az xəbər verir ki, Fatma Betül Sayan Kaya haqda “google” axtarış sistemində ən çox verilən sual onun neçə yaşında olmasıdır.

Türkiyə mediasının yazdığına görə, bu sualın cavabı hələ də bilinmir. Kaya haqda məlum olan bilgilərə görə, elektrik-elektron mühəndisdir. Universiteti bitirəndən sonra Nyu-Yorkda biotibb mühəndisliyi fakültəsində doktorluq oxuyub.

Onun AKP-nin İstanbul təşkilatının sosial mediadakı fəaliyyətini qurduğu deyilir. 2012-ci ilə qədər Rəcəb Tayyip Ərdoğanı sözçüsü olaraq çalışıb.

Evlidir, bir övladı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm