Külək Ermənistanı viran qoydu – FOTOLAR
Bizi izləyin

Dünya

Külək Ermənistanı viran qoydu – FOTOLAR

Bu gecə Ermənistanda baş verən güclü fırtına paytaxt İrəvanda böyük dağıntılar törədib.

Publika.az erməni KİV-lərinə istinadən xəbər verir ki, güclü külək və dolu yağışı İrəvanın və Aragatsotn vilayətinin mərkəzi küçələrində yerləşən evlərin damını uçurub, əhaliyə ziyan vurub.

Küləyin sürəti o qədər güclü olub ki, insanlar külək aparmamaq üçün bərkidilmiş və ağır dayaqlardan yapışaraq qalmağa çalışıblar.

Təbii fəlakətə görə Ermənistanda əksər səhiyyə müəssisələri və apteklər fəaliyyət göstərməyib. Bu, isə əhalinin ciddi narazılığına səbəb olub.

Müstəqil erməni media qurumları isə təbi fəlakət zamanı ziyan çəkən əhaliyə vaxtında yardım edilmədiyinə görə Ermənistanın Fövqəladə Hallar Komissiyasının və təcili tibbi yardımın işini sərt tənqid edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm