• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

“Tramp qələbə qazanarsa...” – ABŞ üçün QORXUNC PROQNOZ

  • Dünya
  • 25 May 2016 08:12
  • 820 Baxış
“Tramp qələbə qazanarsa...” – ABŞ üçün QORXUNC PROQNOZ

“Əgər ABŞ respublikaçılardan Amerika prezidentinin postuna namizəd Donald Trampın istədiyi kimi “qlobal polis” rolundan imtina edərsə, nəticədə yaranmış boşluğu Rusiya və Çin tutacaq”.

Publika.az xəbər verir ki, bunu “Financial Times” qəzetinin müşahidəçisi Qideon Rahman nəşrin saytında yazıb.

“Tramp deyir ki, Amerikanın keçmiş böyüklüyünü geri qaytaracaq. Bu onun seçkiqabağı kampaniyasının şüarıdır. Ancaq onun Amerika xarici siyasətinə baxışları başqa şeyi deyir. Milyarder istəyir ki, ABŞ beynəlxalq siyasətdə aparıcı roldan imtina etsin”, - siyasi müşahidəçi qeyd edib.

Xarici siyasətə gəlincə, Rahman üç region – Asiya, Avropa və Yaxın Şərq barəsində Trampın ideyalarını qiymətləndirməyi təklif edir.

Tramp Asiyada ABŞ-ın Çin barəsində indiki siyasətinin prioritetlərini dəyişməyi planlaşdırır. Yeni siyasət regional ittifaqlar sisteminin köməyilə Pekinin artan təsirinin saxlanılmasını nəzərdə tutur. Milyarder Amerikada Çin malları üçün üzən tarifləri daxil etməyi planlaşdırır.

Müşahidəçi qeyd edir ki, klassik Avropa institutları - Avropa Birliyi və NATO ABŞ-ın əlində alətdir. Donald Tramp bu institutları dağıtmağı planlaşdırır. O, Avropa Birliyinin bütövlüyünü dəstəkləmir və deyir ki, Britaniyanın vahid Avropanın tərkibindən çıxışı yaxşı ideyadır. Tramp qeyd edir ki, ABŞ-ın NATO qarşısında üzərinə götürdüyü öhdəliklər Amerikanın maraqlarına ziyan vurur. Ekspertin fikrincə, Tramp Amerikanı 1930-cu illərin izolyasiyasına qaytara bilər. Həmin vaxt Vaşinqton tərəddüd edirdi ki, ABŞ “köhnə dünya”nın təhlükəsizliyini müdafiə etməlidir, ya yox?

Yaxın Şərqə gəlincə, Qideon Rahman hesab edir ki, müsəlmanları ABŞ-a girişinin qadağan edilməsi ilə bağlı milyarderin ideyası regionda ABŞ-ın təsirinin zəifləməsinə gətirib çıxara bilər.

“Beynəlxalq öhdəliklərdən imtina formasında ifadə edilən yeni siyasət dünya səhnəsində boşluq yaradacaq. Bu boşluğu Rusiya və Çin kimi aparıcı dövlətlər tutacaq”, - müşahidəçi yekunlaşdırıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>