• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

“Kabus timi” onların qorxulu yuxusu oldu

  • Dünya
  • 25 May 2016 02:13
  • 790 Baxış
“Kabus timi” onların qorxulu yuxusu oldu

Türkiyədə “kabus timi” adlanan hərbi bölmələr ölkənin cənubi-şərqində PKK terror təşkilatının qorxulu yuxusuna çevrilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terrorçuları ölkəyə sızmağa cəhd edərkən yerlərini müəyyən edən “kabus timi”koordinatları hava qüvvələrinə ötürür və onların vurulmasını təmin edir.

Terrorçular yazın başlanması ilə Türkiyəyə sızmağa cəhd ediblər. Ancaq “kabus timi” adlanan xüsusi təyinatlıların bölgədə ilk dəfə tətbiq etdiyi taktika terrorçuların kabusu olub. Yeni strategiyaya görə, xüsusi təyinatlılar terrorçuların marşrut olaraq istifadə etdiyi bölgələrdə günlərlə gözləyir və terrorçuları görən kimi koordinatları ötürürlər. Təyyarələr də həmin koordinatları vurur.

Son vaxtlar PKK terror təşkilatına qarşı aparılan əməliyyatlarda əldə edilən müvəffəqiyyətdə bu strategiyanın önəmli rol oynadığı bildirilir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>