Saakaşvili Ukraynada partiya yaradır
Bizi izləyin

Dünya

Saakaşvili Ukraynada partiya yaradır

Ukraynanın baş prokurorunun sabiq müavini David Sakvarelidze yeni siyasi partiya yaradır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə çox fəal konsultasiyalar aparılır.David Sakvarelidze bildirib ki,partiya kiçik və orta biznesə yönələcək.

Sabiq məmur qeyd edib ki, partiyanın ideoloqlardan biri Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili olacaq.

“Mixail Saakaşvili əlbəttə ki, bizimlə olacaq. O, yeni partiyanın ideoloqlarından biri olacaq”, - Sakvarelidze deyib.

O, həmçinin bildirib ki, deputatlar Sergey Leşenko və Mustafa Nayemlə aktiv konsultasiyalar aparılır. David Sakvarelidze söz verib ki, partiyanın maliyyələşdirilməsi şəffaf olacaq: “Hamı görəcək ki, partiya pulu kimlərdən alır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm