NATO bizimlə müharibəyə hazırlaşır - Rusiya
Bizi izləyin

Dünya

NATO bizimlə müharibəyə hazırlaşır - Rusiya

NATO Rusiyanı qorxutmaq strategiyasından imtina etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov “Rossiykaya Qazeta”ya açıqlamasında deyib.

“NATO-da Rusiya ilə müharibə aparmaq istəyən bir qrup ölkə var. Bunlar Baltik ölkələri, Rumıniya, Polşa, İngiltərə və ABŞ-dır. Biz bunu ciddi mesaj olaraq qəbul etməliyik. NATO-nun Polşada hərbi baza yaratması və yaxud Baltik ölkələrində hərbi fəaliyyətini artırmasının demokratiya ilə necə əlaqəsinin olduğunu anlamaq mümkün deyil. Yaxud mayın 5-də Baltik dənizindəki sərhədlərimiz boyunca uçan ABŞ qırıcılarının fəaliyyətini nə ilə izah etmək olar? Bunu müharibəyə hazırlıq kimi qiymətləndirə bilərik”, - Puşkov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm