Dünya
“Rusiya ordusu 28 min terrorçunu məhv edib”
Rusiya ordusu 2015-ci ilin sentyabrından bəri Suriyada keçirdiyi hərbi hava əməliyyatlarında 28 min İŞİD və “Əl Nusra” üzvlərini öldürüb.
Publika.az “RİA-Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov Çeçenistanda keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
O deyib ki, Rusiyanın reallaşdırdığı əməliyyatlarda 28 min İŞİD və “Əl Nusra” terrorçuları məhv edilib:
“Təqribi hesablamalarımıza görə, ötən il sentyabrın 30-da başladılan hərbi hava əməliyyatları nəticəsində 80 min İŞİD və “Əl Nusra” terrorçuları var idi. Ancaq bu gün onların 28 mini zərəsizləşdirilib. Bu işdə Suriya ordusunun da yaxından dəstəyi olub. Ancaq ABŞ-ın liderliyi ilə NATO koalisiya qüvvələrinin son iki ildə keçirdiyi hərbi əməliyyatlar nəticəsində cəmi 5 minə yaxın terrorçu öldürülüb. Rusiya ilə ABŞ arasında terrorçularla mübarizə fərqini təkcə bununla müəyyən etmək olar”.
Vasif Həsənli
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü