Çin dollara qarşı hərəkətə keçir
Bizi izləyin

Dünya

Çin dollara qarşı hərəkətə keçir

Çin Mərkəz Bankı (PBOC) dolların möhkəmlənməsi ilə birlikdə yuan fiksinqini 2011-ci ilin Mart ayından bu yana ən aşağı səviyyəsinə endirib.

Publika.az “Marja”ya istinadən xəbər verir ki, PBOC yuanın dollar qarşısında istinad məzənnəsini 0.3 faiz azaldaraq 6.5693 səviyyəsinə çatdırıb.

Bloomberg Dollar Spot İndeksi, treyderlərin ABŞ-da faiz artırımı gözləntilərinin artması ilə Çərşənbə günü iki ayın zirvəsinə yüksəlib. Yuan, üçüncü gündür ki ucuzlaşaraq, Honq Konq saatı ilə 10:27-də dollar qarşısında 0.1 faiz zəifləyib və 6.5636 səviyyəsinə enib.

Yenidən güclənən dollar, PBOC-ı ehtiyatlı olmağa vadar edir. Çin Mərkəzi Bankı yuanı aşağı qiymətdə və sabit saxlamağa çalışırdı. Lakin Dolların bahalaşaması Bankın siyasətinə tərsdir.

Traeyderlər indi, Fed rəsmilərinin “şahin” açıqlamalarının ardından İyul ayında faiz artırımına gedilməsinə 50%-dən çox ehtimal verirlər.

Analitklər, "Fedin İyun ayı faiz artırmaq qərarı öncəsi Çin rəsmiləri yuan üzərindəki təzyiqi yüngülləşdirmək istəyirlər. Təlaşlı bir şəkildə dollar alındığının işarələri görülməsi halında, PBOC addım atacaqdır" - deyə bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm