Dünya
Terror təşkilatlarına qoşulan Rusiya vətəndaşlarının sayı açıqlandı
"Ekstremistlərə qoşulan Rusiya vətəndaşları bəzən tranzit ölkə kimi Azərbaycandan istifadə edirlər".
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Milli Antiterror Komitəsi aparat rəhbərinin müavini Yevgeni İlyin deyib.
Onun sözlərinə görə, Rusiya vətəndaşları həmçinin Belarus və Ukraynaya istirahət, biznes, təhsil bəhanəsi ilə gedərək terrorçulara qoşulurlar. Y. İlyin əlavə edib ki, həmin şəxslər ekstremistlər olan yerlərə getmək üçün Türkiyə və Misirdən də istifadə edirlər: “Təxminən 3 min rusiyalı beynəlxalq terror təşkilatlarına qoşulmaq məqsədi ilə ölkəni tərk edib. Terrorçulara qoşulanların əksəriyyəti Şimalı Qafqaz respublikalarının sakinləridir”.
Y. İlyin onu da qeyd edib ki, ekstremistlərə simpatiya bəsləyənlərin əksəriyyətinin maddi problemləri var. Onlar əsasən təhsil almamış yaşı 30-dək olan gənclərdir.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib